Sen 25, 2022 13:26 Asia/Baku
  • Fransada etiraz aksiyası keçirilib

Avropa ölkələrində məişət vəziyyətinin ağırlaşmasının davamı ilə bir zamanda Fransanın paytaxtı bir neçə etiraz aksiyasının şahidi olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Fransada sarı jiletlilərin etirazları 2018-ci il noyabrın on yeddisində ətraf mühit islahatlarına nail olmaq məqsədilə başlandı, amma sürətlə bu ölkənin prezidenti Emmanuel Makronun hökumətinə qarşı geniş həftəlik aksiyaya çevrildi.

Avropanın Rusiya-Ukrayna müharibəsinin təsiri altında olduğu bir halda, Fransa xalqı dəfələrlə sığorta qiymətinə və yüksək yaşayış xərclərinə qarşı etiraz edibdir.

Sarı jiletlilər dünən Parisin beş-altı rayonunda məişət durumu, ticarət mallarının qiymətlərinin artması və özlərinin alıcılıq qabiliyyətlərinin aşağı düşməsinə etiraz istiqamətində aksiya keçiriblər.

Aksiyaçılar həmçinin siyasi tələblər irəli sürüb və vurğulayıblar ki, bu iqtisadi şəraitin yaranmasının səbəbi, Avropa Birliyi və Fransa hökumətinin xarici siyasətləridir.

Öz şüarlarında Fransanın NATO-dan və Avropa Birliyindən çıxması və Rusiya sanksiyalarının ləğv edilməsini tələb edən Aksiya iştirakçıları Ukraynaya silah göndərişindən çəkinmənin vacibliyinə təkid ediblər.

Etirazçılar vurğulayıblar ki, tələbləri təmin edilənədək aksiyaları davam etdirəcəklər. Onların ən mühüm tələbi, Fransanın Ukrayna münaqişəsində iştirakdan çəkinməsidir.

Digər Avropa paytaxtları da ötən bir neçə həftə ərzində oxşar etirazların şahidi olublar. Avropa ölkələrinin vətəndaşları hər həftə etiraz aksiyası keçirir və vurğulayırlar ki, qarşıdan gələn qış şəraiti onlar üçün qorxunc olacaqdır.

Teqlər