Okt 02, 2022 18:35 Asia/Baku
  • İngiltərədə dəmiyolu işçilərinin ən iri tətili

Londonda çıxan Qardian qəzeti son bir neçə on ildə İngiltərə dəmiyolu işçilərinin ən iri tətilinin keçirilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Qardian bu haqda yazıb ki, həmkarlar ittifaqları bu il ilk dəfə olaraq, bu hərəkətə qoşulublar.

İngiltərənin bir çox bölgələrində heç bir qatar hərəkət etmir. London-Biemenhem və Mançester-Edinburq kimi bəzi şəhər marşrutlarında heç bir birbaşa xidmət göstərilmir.

Maşinistlərin tətilinə əsasən, qatarların hərəkətlərinə nəzarət edən şəxslər şənbə günü adi proqramların təxminən on bir faizini yerinə yetiriblər.

Bu dəfə qatarların hərəkətlərindəki pozuntular İngiltərə dəmiryolu şirkətləri işçilərinin digər tətillərindən daha geniş olub, zira «Dəmiryolu, dənizçilik və nəqliyyat işçilərinin ümumölkə ittifaqı», «Yanğınsöndürənlər və lokomotiv mühəndisləri cəmiyyəti» və «Nəqliyyat işçiləri cəmiyyəti»nin üzvləri hamılıqla bu 24 saatlıq tətildə iştirak edib. Bu tətil mühafizəkarların Birmenhemdə keçirilən konfransının başlanması ilə bir zamana düşübdür.

Ötən ay keçirilməsi planlaşdırılan tətillər kraliça ikinci Elizabetin matəm mərasiminə görə, ləğv edildi. Şənbə günü « Avanti West Coast» dəmiryolu şirkətinin qatarlarından heç biri hərəkət etmir və İngiltərə ilə Uels arasında heç bir xidmət mövcud deyildi.

İngiltərənin dəmiryolu sistemi şənbə günü qatarla səfər etmək istəyən sərnişinlərə tövsiyə etdi ki, yalnız lazım olan təqdirdə bu işi görsün və hərəkətdə pozuntuların olacağını nəzərə alsınlar. İngiltərənin dəmiryolu şəbəkələrinin xidmətlərində bazar günü səhər də təxirlərin olacağı təxmin edilmişdi.

Qarşıdakı çərşənbə və şənbə günləri üçün daha çox tətillər planlaşdırılıbdır.

«İpsus Mori» müəssisəsinin rəy sorğusuna əsasən, İngiltərə xalqının əksər hissəsi hal-hazırda dəmiryolu tətillərini himayə edir.

İngiltərə xalqının 43 faizi həmkarlar ittifaqlarının bu addımına dəstək verir, otuz bir faiz isə ona qarşı çıxır. Respondentlərin əlli iki faizi də deyir ki, dəmiryolu birliklərinin dərdinə şərik çıxır.

Bu tətillər əmək şəraitinə və maaşların aşağı olmasına etiraz olaraq, keçirilir.

 

Teqlər