Okt 08, 2022 11:13 Asia/Baku
  • Putin və Zelenski G20 sammitində görüşə bilər

İndoneziyanın Birləşmiş Ərərb Əmirliklərindəki səfiri iddia edib ki, Rusiya və Ukrayna prezidentləri İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Bacis "The National" nəşrinə deyib: "Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski bu ilin noyabrında İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyə razılaşıblar".

Digər tərəfdən, Ukrayna prezidentliyinin sözçüsü Sergey Nikiforov Zelenskinin G20 toplantısında iştirak etmək niyyəti ilə bağlı xəbəri təkzib edib və indiyədək bununla bağlı heç bir qərar verilmədiyini bildirib.

Bacisin açıqlamaları elə bir haldadır ki, sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin Xerson və Zaporojyanın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb, bu rayonların Rusiyaya birləşdirilməsinə yol açdı, sentyabrın 30-da isə Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsinin rəsmi mərasimini keçirdi.

Bu hərəkət sentyabrın 23-dən 27-dək Ukraynanın şərqində yerləşən Donbasın dörd şərq regionunda Rusiyaya birləşməklə bağlı referendum keçirildikdən sonra baş verdi.

Teqlər