Rusiya yeni sürprizlə üzləşir?
Krım körpüsündə yük maşını partladılıb
Rusiyanın saldığı Krım körpüsü üzərində hərəkətdə olan qatarın yeddi yanacaq sisterninin alışdığı bildirilir.
SəhərAzəri-nin məlumatına əsasən, hadisə nəticəsində körpü üzərində hərəkətdə olan qatarın yeddi yanacaq sisterni alışıb.
Məlumatda qeyd olunur ki, Krım körpüsündə yük maşınının partladılması qatarın yeddi yanacaq sisterninin alışmasına səbəb olub.
Şənbə günü Rusiya Federasiyası Milli Antiterror Komitəsinin (MQK) informasiya mərkəzindən məlumat verilib ki, bu gün Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobillər üçün nəzərdə tutulmuş hissəsində yük maşını partlayıb və nəticədə Krım yarımadasına doğru hərəkət edən qatardakı 7 yanacaq çəni yanıb. Körpünün iki avtomobil yolu zolağı qismən uçub.
Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu barədə bildirib: "Rusiya prezidenti baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası formalaşdırsın."
Peskov onu da bildirib ki, dövlət başçısının tapşırığı ilə nazirlər Savelyev və Kurenkov hadisə yerinə gediblər.
Öz növbəsində Ukrayna daxil işlər nazirinin müşaviri Vadim Denisenko deyib: “Krım körpüsünün dağıdılması Rusiyadan yarımadaya lazım olan hər şeyin, o cümlədən silahların çatdırılmasını çətinləşdirəcək”.
O söyləyib ki, bu, Kiyev üçün böyük dividentdir: “Krım körpüsü Rusiyanı Krım və Xersonla birləşdirirdi”.