Fransada yanacaq oğurluğu artıb
https://azeri.sahartv.ir/news/dünya-i394022-fransada_yanacaq_oğurluğu_artıb
Fransada yanacaq çatışmazlığı, yanacaq oğurluğunun artmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2022 10:08 Asia/Baku
  • Fransada yanacaq oğurluğu artıb

Fransada yanacaq çatışmazlığı, yanacaq oğurluğunun artmasına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, «Total Enerji», «Ekson Mobil» və «ESO» neft şirkətlərinin neftayırma zavodlarında fəhlələrin tətillərinin davam etməsi nəticəsində Fransada yanacaqdoldurma məntəqələrinin bir qrupu çatışmazlıqla üzləşib.

Fransa Ümumi Əmək Konfederasiyası fəhlələrinin «Total Enerji» şirkətinə məxsus neftayırma zavodlarında öz maaşlarına etiraz olaraq keçirdikləri tətil, şirkətin azı iki neftayırma zavodu və iki yanacaq anbarının fəaliyyətini pozub. «Ekson Mobil» şirkətinin iki neftayırma zavodu da cari il sentyabrın iyirmisindən bəri oxşar problemlə üzləşir. Yanacaq çatışmazlığı, bəzi ictimai nəqliyyat şəbəkələrində, məktəblərdə, yanğınsöndürmə stansiyalarında və hətta polisdə ciddi problemlər yaradıbdır.