Londonda 24-cü Beynəlxalq İslam Birliyi Konfransı keçirilib
24-cü Beynəlxalq İslam Birliyi Konfransı müxtəlif İslam ölkələrindən olan şiə və sünni alim və mütəfəkkirlərinin iştirakı ilə Londondakı Britaniya İslam Mərkəzində keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Konfransda İran İslam Respublikası, İndoneziya, İngiltərə, Bəhreyn və Pakistandan alim və mütəfəkkirlər iştirak ediblər.
"İran Press"in məlumatına görə, İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin Britaniyadakı nümayəndəsi Höccətülislam Seyid Haşim Musəvi konfransda çıxışı zamanı deyib: "Müsəlmanlar arasında təfriqə salmaqdan məqsəd İslam dünyasının gücünü zəiflətməkdir".
Britaniya İslam Mərkəzinin rəhbəri müsəlmanların etnik mənsubiyyət, irq və dil baxımından bir-birindən fərqləndiyini qeyd edərək, vurğulayıb ki, bu məsələnin heç bir əhəmiyyəti yoxdur və ixtilaflara səbəb olmamalıdır və İslam cəmiyyətləri alimlərinin bu sahədə ayıq-sayıq olması vacibdir.
O, həmçinin İslamofobiyanın ölçülərinin və onun Qərbdəki müsəlman azlıqlar üçün mənfi nəticələrinin mürəkkəbliyini nəzərə alaraq, Avropa xalqlarını həqiqi İslamla tanış etmək və müsəlmanlarla qərblilər arasında rasional dialoq platforması yaratmağın zəruriliyini qeyd edib.
Konfransda iştirak edən sünni alimi Məhəmməd Xalid Peyğəmbəri-əkrəmin (s.ə.s) əxlaqına riayət etməyi və birliyi qorumağı İslamofobiya ilə mübarizənin ən yaxşı yollarından biri hesab edib.