Putinin qismən səfərbərlik planı nə yerdədir?
Peskov: Hələlik dəqiq tarix yoxdur
Rusiya prezidentinin mətbuat katibi qismən səfərbərliyin yekunlaşması ilə bağlı məsələyə aydınlıq gətirdi.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov xatırladıb ki, Rusiya Federasiyasında qismən səfərbərliyin başa çatması üçün konkret tarix hələ müəyyən olunmayıb.
Onun sözlərinə görə, oktyabrın 14-də dövlət başçısı Vladimir Putin səfərbərliyin təxminən iki həftəyə başa çatacağını bildirib. Lakin hələlik dəqiq tarix yoxdur
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Rusiya prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Bunun ardınca yüz minlərlə Rusiya vətəndaşı Qazaxıstan, Gürcüstan və Finlandiya daxil olmaqla qonşu ölkələrə üz tutub və səfərbərlikdən yayınıb. Bununla belə hökumət səfərbərliyin tətbiq olunmasında israrlıdır.