Noy 05, 2022 11:27 Asia/Baku

ABŞ prezidenti Co Bayden Amerikada fəaliyyət göstərən sosial mediaların müəyyən məqsədlərə xidmət edərək yalan məlumatlar yaydıqları barədə tənqidlərə qatılıb.

Reuters-in verdiyi məlumata görə Co Bayden Çikaqoda çıxışı zamanı Twitteri kəskin tənqid edib: "Twitter" bütün dünyaya yalanlar yayan sosial media platformasıdır”-deyib.

 “İndi biz nədən narahatıq: İlon Mask bütün dünyaya yalan yayan bir instrumenti əldə edir”, - deyən Bayden iş adamının “Twitter“i satın almasından narahatlığını ifadə edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Amerikanın bəzi məşhur medialarını kəskin tənqid edirdi və onları həqiqətləri əksinə göstərmək və yalan yaymaqda ittihamlandırırdı.

Teqlər