Əfqanıstanın keçmiş hökuməti milyardlarla dolları boş yerə xərcləyib
Bir ABŞ təşkilatı keçmiş Əfqanıstan hökumətinin milyardlarla dollarlıq humanitar yardımı boş yerə xərclədiyini etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Əfqanın Səsi" xəbər agentliyi məlumat yayıb.
Məlumatına görə, ABŞ-ın Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişi (SIGAR) bir tvit dərc edərək, yazıb: "Əşrəf Qəni və onun rəhbərlik etdiyi Əfqanıstanın keçmiş hökumətinin süqutundan əvvəl bu qurum dərc edilmiş hesabatlarda və araşdırmalarda təxminən 19 milyard dollar israf, korrupsiya və sui-istifadə hallarını müəyyən etmişdi".
ABŞ-ın Əfqanıstanın yenidən qurulması üzrə xüsusi müfəttişi öz hesabatında keçmiş hökumətə verdikləri dəstəyə və əfqan xalqının aktivlərinin itirilməsindəki rollarına işarə etmədən, hökumətin dağılması ilə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin büdcəsindən milyonlarla dolların oğurlandığını bildirib.
Bu Amerika qurumunun etirafları elə bir haldadır ki, Talibanın hakimiyyətə gəlməsindən sonra ABŞ saxta bəhanələrlə Əfqanıstanın təxminən 10 milyard dollarlıq aktivini bloklayıb.