Rusiya neftinin Qərbə satışı qadağan edildi
Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinin neftinə qiymət həddi təyin etməsinə cavab olaraq, qiymət həddi tətbiq edən ölkələrə Rusiya neftinin ixracını qadağan edib.
"İran Press"in məlumatına görə, Rusiya prezidentinin xam neft və neft məhsullarının qiymət limitinə əməl edən ölkələrə tədarükünü qadağan edən fərmanı 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək və 2023-cü il iyulun 1-dək tətbiq ediləcək.
Digər tərəfdən, yaxın vaxtlarda Rusiya hökumətinin Nazirlər Kabineti bu ölkədə istehsal olunan yanacaq məhsullarına qiymət həddi müəyyən edən ölkələrə bu məhsulların satışının qadağan edilməsi ilə bağlı qərar qəbul edəcək.
Bununla belə Putinin yeni fərmanına əsasən, Rusiya prezidenti xüsusi hallarda qadağanı ləğv edə bilər.
Putin daha əvvəl də Rusiya neftinin qiymətinə məhdudiyyətlərin tətbiq edilməsini təsirsiz adlandırmışdı və qeyd etmişdi ki, Rusiya üçün 20 faizlik iqtisadi tənəzzül proqnozlaşdırılırdı, lakin bizdə cəmi 2,9 faiz iqtisadi tənəzzül oldu və vəziyyətimiz bir çox ölkələrdən yaxşıdır.