Yan 08, 2023 11:30 Asia/Baku
  • Çin-Rusiya əməkdaşlığının artması dünya nizamını hədələyir

Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun baş katibi dünən iddia edib ki, Rusiya ilə Çin arasında əməkdaşlıqların artması Qərb ölkələri tərəfindən icad edilmiş yeni dünya nizamını təhdid edir.

Yens Stoltenberq deyib ki, Rusiya və Çin, fərqli bir dünya düzəni istədikləri üçün müttəfiq olublar.

NATO-nun baş katibi əlavə edib: Həqiqət burasındadır ki, onlar bizim dəyərlərimizi paylaşmır və bizim azadlıq və demokratiyaya olan inamımızı pozan maraqları müdafiə etməyə çalışırlar.

Stoltenberq Çinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləməkdən imtina etməsini Pekinlə Moskva arasındakı ittifaqın əsas şahidi adlandırıb.

Rusiya prezidenti Vladimir Putin bundan qabaq demişdi ki: Dünya nizamı dəyişməkdədir və dünya, çoxqütblü bir düzən səmtinə keçmək halındadır. Yalnız öz hegemoniyalarını qorumaq və dünyaya nəzarət etmək istəyən ölkələr bu keçidə qarşıdırlar.

 

Teqlər