Fev 01, 2023 17:10 Asia/Baku
  •  İngiltərə və Uelsdə müəllimlər tətil aksiyası keçirirlər

İngiltərə və Uelsdə inflyasiyanın artması ilə eyni zamanda bu ölkənin müəllimlər və təhsil birliklərinin üzvləri tətil aksiyaları təşkil edərək, iş şəraitinə və aşağı maaşlara etiraz etməyi planlaşdırırlar.

Bu ilk yeddi günlük tətil aksiyasıdır ki, İngiltərənin ən böyük təhsil birliyi olan Milli Təhsil Birliyinin çağırışı ilə həyata keçirilir. 

"Guardian"ın yazdığına görə, İngiltərə və Uelsdə müəllimlərdən əlavə təhsil birliyinin üzvləri də bu aksiyada iştirak edəcəklər. Bu yeddi günlük tətil aksiyası ərzində 23,400 məktəbin təsirlənəcəyini təxmin edilir. 

Milli Təhsil Birliyinin üzvləri tərəfindən növbəti tətil aksiyası fevralın 14-də Uelsdə keçiriləcək. Fevralın sonlarında yenidən İngiltərənin müxtəlif bölgələrində tətil aksiyaları keçiriləcək. 

Şotlandiyada da tətil aksiyaları keçirilir. Şimali İrlandiyada da əksər müəllimlər fevralın 21-də tətil edəcəklər. 

Teqlər