Putin: Qərbin məqsədi Rusiyanı dağıtmaqdır
https://azeri.sahartv.ir/news/dünya-i397771-putin_qərbin_məqsədi_rusiyanı_dağıtmaqdır
Rusiya Prezidenti bildirib ki, Qərb Rusiya üzərində nəzarəti bərqərar etmək üçün onu hissələrə bölməyə çalışır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 27, 2023 12:58 Asia/Baku
  • Putin: Qərbin məqsədi Rusiyanı dağıtmaqdır

Rusiya Prezidenti bildirib ki, Qərb Rusiya üzərində nəzarəti bərqərar etmək üçün onu hissələrə bölməyə çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin "Moskva. Kreml. Putin" proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib: “Onların bir məqsədi var - keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq. Sonra bizi sivil xalqlar ailəsi adlandırılan ailəyə qəbul edəcəklər, ancaq ayrı-ayrılıqda, hər bir hissəni ayrıca. Nə üçün? Ona görə ki, bi hissələri öz istəklərinə tabe edəcəklər və onların üzərində nəzarət quracaqlar”.

Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra Qərbin dünyanı sırf özü üçün yenidən nizamlamaq cəhdlərinə cavab verməyə məcburdur. Əgər Rusiya Federasiyası Qərbin arzuladığı yolla getsə, o zaman rusiyalıların və Rusiyanın bir çox xalqlarının taleyi kəskin şəkildə dəyişə bilər.

“Rusiya xalqı kimi etnik qrupun hazırkı formada yaşaya biləcəyini belə bilmirəm”, - deyə Putin bildirib.

O, vurğulayıb ki, bütün bu planlar kağız üzərində təsbit olunub.