ABŞ-ın keçmiş prezidentinin müşaviri Con Bolton: ABŞ Ukraynanın qələbəsindən qorxur
Mart 17, 2023 21:16 Asia/Baku
ABŞ Prezidenti Co Bayden Rusiyanın məğlub olmasını istəyir, fəqət Ukraynanın qələbə qazanmasından da qorxur. Bu sözləri ABŞ-ın keçmiş Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“Bayden Rusiyanın məğlub olmasını istəyir, lakin Ukraynanın qələbəsindən də qorxur. ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü yenidən bərpa etmək yönündəki mövqeyinə inanırsa, bunu təsdiqləməli və plan hazırlamalıdır. Əgər inanmırsa, açıq ifadə etməlidir. Ağ Ev Ukraynanın müdafiəsinə dəstək verir, amma bunun da çox effektiv olmasını istəmir”, - deyə o bildirib.
Bolton ABŞ-ın kritik əhəmiyyətə malik sursatının tükənməkdə olduğuna da diqqət çəkib.