Fransada ümumölkə tətillərinin 9-cu dövrü keçirilir
Fransada həmkarlar ittifaqlarının pensiya yaşının artırılması layihəsinə qarşı geniş aksiya və tətilləri bu ölkədə gediş-gəlişləri və planlaşdırılmış səfərləri pozubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Etirazçılar «Şarl de Qoll» beynəlxalq hava limanı, dəmiryolu stansiyaları və yollarını, hətta neftayırma zavodlarını bağlayıblar.Sürət qatarlarının, regional qatarların, Paris metrosunun, bir çox şəhərdə ictimai nəqliyyat sisteminin fəaliyyəti pozulub,/ uçuşların otuz faizə yaxını ləğv olunubdur.Dünənki hadisələr ümumilikdə, Fransada ümumölkə tətillərinin doqquzuncu dövrü sayılır.Son bir neçə gün ərzində Fransa küçələrində zorakılıq halları son dərəcə artıb. Etirazçıların bu ölkə polisi ilə toqquşmaları özünün kulminasiya nöqtəsinə çatıb. Etirazçılar dünən həmçinin Fransanın müxtəlif şəhərlərindəki əsas magistral yollarını və keçidləri bağlayıblar.Belə bir halda, Fransa prezidenti Emmanuel Makron öz mövqeyinə israr etməkdə davam edir. Bu ölkə hökuməti açıq şəkildə bildrir ki, pensiya yaşının altmış ikidən altmış dördə qaldırılması qanunu bu il mütləq icra edilməlidir.Həmçinin Fransada anti-hökumət etirazlarının şiddətlənməsinin ardınca Makron deyibdir ki, yenidən prezident seçkilərində iştirak etmək niyyətində olmadığına görə, öz reytinqini «Fransanın maraqlarına fəda etmə»yə hazırdır.