Netanyahunun İngiltərəyə səfəri əleyhinə aksiya keçirilib
Sionist rejimin baş nazirinin İngiltərəyə səfərinə qarşı çıxanlar İngiltərənin Londondakı baş nazirlik binası önündə aksiya keçiriblər. Yüzlərlə etirazçı «İsrail rejiminə ölüm!» şüarı verib. Onlar İngiltərə hökumətinin cinayətkar sionist rejimə verdiyi dəstəklərə olan nifrətlərini sərgiləyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyaçılar qeyd ediblər ki, İngiltərə xalqı öz hökumətinin əksinə olaraq, Fələstin xalqının tərəfdarı və himayədarıdır.
Aksiyaçılar sionist rejimin Fələstin xalqına qarşı cinayət və hücumlarına son qoyulması və işğal olunmuş ərazilərin azad edilməsini istəyiblər.
Benyamin Netanyahunu cani adlandıran etirazçılar onun həbs və mühakimə olunmasını tələb ediblər.
İngiltərə hökumətinə qarşı çıxan siyasi partiyalar da sionist rejimə qarşı beynəlxalq səviyyəli tənqid və etirazların qızğın çağında Benyamin Netanyahunun Londona səfərinə kəskin etirazlarını elan edib, İngiltərənin İsrail rejimindən uzaqlaşmasını istəyiblər.
Sionist rejimin baş nazirinin Londona daxil olması ilə bir zamanda keçirilən aksiyaların ardınca İngiltərə hökuməti Benyamin Netanyahunun İngiltərənin baş naziri Rişi Sunakla birgə mətbuat konfransını ləğv edibdir.
İngiltərədə sionist rejimə qarşı etirazlar son aylar bu rejimin məzlum Fələstin xalqına qarşı hücum və cinayətlərinin şiddətlənməsilə artıbdır.