Apr 08, 2023 20:09 Asia/Baku
  • ABŞ-ın rəngli inqilablara dəstəyi böhranın əsas amildir - TƏHLİL

Rusiya prezidenti Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə Moskva-Vaşinqton münasibətlərinin dərin böhran içində olduğunu bildirərək, Amerikanın Moskvadakı yeni səfiri Lin Treysiyə Vaşinqtonun rəngli inqilabları dəstəkləməsinin Ukraynada faciəyə gətirib çıxardığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya prezidenti bu haqda deyib: “Dünyanın təhlükəsizliyinin və sabitliyinin asılı olduğu Moskva-Vaşinqton münasibətləri dərin böhran içindədir və bu böhran “yeni dünya nizamına çox fərqli yanaşmalardan” qaynaqlanır.

Daha əvvəl öz məqaləsində Vladimir Putin 2014-cü ildə Ukraynada o vaxtkı prezident Viktor Yanukoviçin devrilməsi və ölkədə qərbyönlü hökumətin qurulması ilə nəticələnən “silahlı dövlət çevrilişi”nin təşkilinə görə ABŞ-ın məsuliyyət daşıdığını qeyd etmişdi.

Xatırladaq ki, 2004-cü ilin sonunda Ukraynada baş verən narıncı inqilab Ukraynanın NATO və Avropa Birliyinə üzv olmasının tərəfdarı olan qərbyönlü siyasətçi Viktor Yuşşenkonun seçilməsinə səbəb oldu. Növbəti mərhələdə 2014-cü ilin əvvəlində Ukraynalı qərblilərin Kiyevdə keçirilən kütləvi nümayiş və toplantılarına Qərb rəsmilərinin birbaşa dəstəyi ilə Ukraynanın qanuni prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı və yenidən qərbyönlü hökumət quruldu.

Əslində ABŞ və NATO Rusiyanın milli təhlükəsizlik mülahizələrini nəzərə almadan bu ölkənin milli təhlükəsizliyini təhdid edərək şərqə doğru genişlənmə çərçivəsində Ukraynanın Qərb hərbi təşkilatına üzvlüyü üçün davamlı səyləri ilə, Ukraynanın Rusiyadan daha çox uzaqlaşmasına çalışıb.

Moskva dəfələrlə xəbərdarlıq edib ki, təkcə Ukraynanın NATO-ya üzvlüyü deyil, hətta bu ölkə üçün xüsusi statusun elan edilməsi və ya üzvlük proqramının təqdim edilməsi Rusiyanın sərt reaksiyası ilə üzləşəcək. Bütün bunlara baxmayaraq, Amerika Rusiyanın etirazından asılı olmayaraq, Ukraynanın NATO-ya üzvlüyü prosesini dəstəklədi.

Bu arada Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmiləri hesab edirlər ki, Ukraynada rəngli inqilabın başlanması Ukrayna müharibəsinin ən mühüm səbəblərindən biridir. Moskva dünyada rəngli inqilablar ssenarisinin həyata keçirilməsini tənqid etməklə yanaşı, həm də qonşu ölkələrin, o cümlədən Rusiyanın özündə belə yumşaq təxribatlara həssaslıq göstərir.

 

 

Teqlər