İran-Rusiya-Çin-Pakistan 2-ci dördtərəfli iclas keçirilib
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Əfqanıstanla qonşu ölkələrin dördüncü yığıncağının kənarında İran-Rusiya-Çin-Pakistan ikinci dördtərəfli iclas keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, İran, Rusiya və Çinin xarici işlər nazirləri- Hüseyn Əmir-Abdullahiyan, Sergey Lavrov və Tsin Qan, həmçinin Pakistanın xarici işlər üzrə müşavir naziri xanım Khar Hina Rəbbani iclasda iştirak ediblər. İclasda Əfqanıstanın hazırkı durumu barədə danışıqlar aparılıb. İclasın sonunda bəyanat yayılıb.
İlk dördtərəfli iclas 16 sentyabr 2021-ci il tarixində Tacikistanın paytaxtı Düşənbə şəhərində, Şanxay sammitinin kənarında keçirilmişdi. Həmin iclasda dörd ölkənin xarici işlər nazirləri Əfqanıstandakı bütün qövmlərin iştirakı ilə əhatəli hökumətin yaradılmasına dəstək vermişdilər.
Terrorizm, narkotik maddələr və qonşulara qarşı təhdiddən uzaq bir Əfqanıstan,/ ilk dördtərəfli iclasda edilmiş bəhslərin digər mehvərlərindən olub. Əfqanıstanla qonşu ölkələrin dördüncü yığıncağı bu gün axşam Səmərqənddə keçirilməlidir.