Robert Kennedi: Amerika İŞİD-i yaradıb
ABŞ prezident seçkilərinə namizəd, bu ölkənin öldürülmüş keçmiş prezidentinin qardaşı oğlu ABŞ prezident seçkilərində namizədliyini açıqlayarkən çıxışında Vaşinqtonun İŞİD terror qruplaşmasını yaratdığını və ölkə polisinin də korrupsiyaya qurşandığını etiraf edib.
SəhərAzəri-nin məlumatına görə, Amerikanın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi çərşənbə günü 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının nümayəndəsi seçgi üçün namizədliyini rəsmən elan edib.
O, ABŞ prezident seçkilərində namizədliyini irəli sürmək üçün verdiyi açıqlamalar zamanı ABŞ polis sisteminin korrupsiyaya qurşandığını və İŞİD terror qruplaşmasını yaradan isə, Vaşinqton olduğunu bildirib.
Kennedi həmçinin bildirib ki, Amerika əhalisinin orta sinfi ABŞ-ın əvvəlki administrasiyalarının yürütdüyü siyasəti nəticəsində deməlk olar ki məhv edilib.
O, prezident seçkilərində namizədliyini açıqlayarkən çıxışında bildirib ki, “Polis korrupsionerdir, İŞİD-i biz yaratmışıq”. Avropaya 2 milyon qaçqını da biz göndərdik və orada yaradılmış demokratiyanı sarsıtdıq, bu da Brexit-ə yəni Britaniyanın Aİ-dan çıxmasına səbəb oldu. Bu, İraq müharibəsinin bizə verdiyi töhvədir. Biz orda 8 trilyon dollar xərclədik və Korona pandemiyasına isə 16 trilyon dollar xərclədik və cəmi 24 trilyon dollar xərc çəkildi və bu, Amerikada orta sinfi məhv etməkdən başqa bir şeylə sonlanmadı. Biz bu vəziyyətə çarə qılmalıyıq”
O, çıxışına davam edərək deyib ki, “Bizim ölkə strategiyamız həmişə güc nümayiş etdirmək üçün hərbi silahlardan istifadə etmək olub. Bütün dünyaya öz gücümüzü göstərmək üçün ancaq hərbi yoldan istifadə etmişik”. Amma bundan fərqli olaraq çinlilər mənim də qəbul etdiyim ümumi nəzəriyyəni və strategiyanı həyata keçirdilər.Biz körpüləri, limanları, yolları və xəstəxanaları bombalamaq üçün səkkiz trilyon dollar xərclədik, onlar isə bunları tikmək üçün səkkiz trilyon dollar xərclədilər. Onlar Afrika və Latın Amerikasının əksər ölkələrində ticarət tərəfdaşları kimi bizim yerimizi tuturlar. Braziliya bu yaxınlarda dollardan Çin valyutasına keçdi. Səudiyyə Ərəbistanı da eyni şeyi təkrarladı.