Makkenzi: Biz indiyədək İran dronları ilə tam şəkildə bacara bilməmişik
https://azeri.sahartv.ir/news/dünya-i399661-makkenzi_biz_indiyədək_İran_dronları_ilə_tam_şəkildə_bacara_bilməmişik
ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı general Makkenzi “Vaşinqton İnstitutu”na müsahibəsində İranın pilotsuz təyyarələri və raketlərinin gücü ilə bağlı misilsiz açıqlamalar verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2023 09:20 Asia/Baku
  •  Makkenzi: Biz indiyədək İran dronları ilə tam şəkildə bacara bilməmişik

ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı general Makkenzi “Vaşinqton İnstitutu”na müsahibəsində İranın pilotsuz təyyarələri və raketlərinin gücü ilə bağlı misilsiz açıqlamalar verib.

SəhərAzəri-nin məlumatına görə, Makkenzi deyib: “İran sistematik olaraq PUA, qanadlı raketlər və qitələrarası ballistik raketlər yaratmaq imkanlarını inkişaf etdirib. Bu inkişaf o qədər irəliləyib ki, indiyədək, 2023-cü ilin sonuna kimi İran düşmənləri ilə qarşılaşmaq üçün əhəmiyyətli imkanlar əldə edib. Əhəmiyyətli qabiliyyət dedikdə məqsədim budur ki, İranın qarşısında hansısa ölkənin müdafiə sistemləri tamamilə dağılar və onun sonrakı hücumlarının qarşısını ala bilməz.

General etiraf edib ki, Patriot sistemləri dronları vurmaq üçün optimallaşdırılmayıb və ABŞ ordusu İran dronlarının mümkün hücumunun qarşısını almaq üçün geri qalıb və hal-hazırda dronlardan faydalanmaq bir üstünlük sayılır.

Amerikalı general sonra deyib: “Şəxsən mən İranın pilotsuz təyyarə, qanadlı raket və ballistik raket proqramına böyük hörmətlə yanaşıram. Onlar son on ildə bu sistemləri işə salmaq üçün böyük fədakarlıqlar ediblər. Mən daha da irəli gedib öz fikrimi söyləmək istəyirəm, hansı ki, bunun Amerika dövləti və digər şəxslərin fikrinə heç bir aidiyyatı yoxdur. Mənə elə gəlir ki, bu bacarıq və qabiliyyətlər İranın əsl ləl-cəvahiratıdır və inanıram ki, bu qabiliyyətlər ölkənin nüvə proqramı qədər vacibdir.”