May 06, 2023 20:05 Asia/Baku
  • Tacqoyma mərasimi ərəfəsində London metrosunda hadisə - VİDEO

London metrosunda qəza baş verib. Tüstü və yanğın xəbərdarlığı arasında metro vaqonlarının bağlı qapıları ilə üzləşən sərnişinlər qorxu və iztirabla şüşələri sındırıb və oradan çölə çıxıblar.

SəhərAzəri-nin məlumatına görə, İngiltərə kralı- Kral üçüncü Çarlzın tacqoyma mərasimi astanasında bu gün polis tərəfinən güclü təhlükəsizlik tədbirləri görülüb və on mindən çox polis məmurunun yerləşdirilməsilə kəskin təhlükəsizlik atmosferi paytaxt  Londona hakim kəsilib.

Belə bir ağır təhlükəsizlik atmosferinə rəğmən, dünən axşamçağı sözügedən hadisənin baş verməsi, London sakinləri arasında qorxu və dəhşət hissinin yayılmasına səbəb olub.

Yerli vaxtla cümə gününün qürub çağında İngiltərə paytaxtının şimalına doğru hərəkət etməkdə olan London metrosu qatarı «Clapham Common» stansiyasında dayanıb. Müşahidəçilərin sözlərinə görə, qapıların açılmaması, təlaş keçirən sərnişinlərin qatardan çıxmaq üçün vaqonların şüşələrini sındırmalarına səbəb olub. Lakin uşaqlar, yaşlılar və əlil şəxslər qorxu içində fəryad edib, yardım

diləyirmişlər.

Hələ hadisənin səbəbi və hadisədə yaralananların sayı elan olunmayıb. Amma bəzi məlumatlar, vaqonların ventilyasiya sistemində problemin yaranmasından söz açır.

London yanğınsöndürmə təşkilatının sözçüsü bildirib ki, yardım və yanğınsöndürmə qüvvələri hadisə yerinə gəlməzdən öncə təxminən beş yüz nəfər metro qatarını tərk etmişdi.

Bu qəza hadisəsi London metropoliteni qatarlarının şimal istiqamətindəki hərəkətində kəskin pozuntunun yaranmasına səbəb olub.

Hadisənin İngiltərə kralı- Kral üçüncü Çarlzın tacqoyma mərasimi ərəfəsində baş verməsi, nigarançılıqları artırmışdı.

Minlərlə İngiltərə vətəndaşının və turistin kralın hərəkət edəcəyi istiqamətdə olacağı proqnoz edilir. Eyni zamanda digər ölkələrin məsul şəxslərindən təxminən yüz nəfər də daxil olmaqla iki min üç yüzə yaxın qonaq, tacqoyma mərasiminə dəvət edilib.

 

Teqlər