Pakistanda qanlı cümə
https://azeri.sahartv.ir/news/dünya-i404020-pakistanda_qanlı_cümə
Pakistanın Bəluçestan əyalətində ən azı 52 nəfərin ölümünə səbəb olan Milad Əl-Nəbi (s.ə.s.) yürüşü iştirakçılarına qarşı qanlı partlayışdan təkcə bir saat sonra bu ölkənin şimal-qərbində daha iki kamikadze hücumu üç nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2023 15:32 Asia/Baku
  • Pakistanda qanlı cümə

Pakistanın Bəluçestan əyalətində ən azı 52 nəfərin ölümünə səbəb olan Milad Əl-Nəbi (s.ə.s.) yürüşü iştirakçılarına qarşı qanlı partlayışdan təkcə bir saat sonra bu ölkənin şimal-qərbində daha iki kamikadze hücumu üç nəfərin həyatına son qoyub.

Pakistanın şimal-qərbində yerləşən Hanqu şəhərində bir məscid və bir polis postu kamikadze hücumçularının hücumu hədəfinə çevriliblər.

Pakistanın polis postuna yaxın məsciddə cümə namazı qılınarkən baş verən bu iki terror hücumunda üç nəfər ölüb, bir qrup mülki şəxs də yaralanıbdır.

Bu gün Məstunq şəhərində törədilən terror partlayışında ölənlərin sayı isə 52 nəfərə çatıb, azı 130 nəfər də yaralanıbdır.

Bu gün Pakistanda həyata keçirilən terror hücumlarının fonunda qeyd edək ki, Əziz İslam Peyğəmbərinin (s.ə.s) aşiqlərindən milyonlarla nəfər vəhdət həftəsi münasibətilə bu günlərin şənliklərində iştirak edir.