Sen 16, 2024 14:39 Asia/Baku
  • Fransa XİN başçısı: “Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”

“Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”. Bunu sentyabrın 16-da səhər İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Fransa Xarici İşlər Nazirliyinin başçısı Paris ilə İrəvan arasında müdafiə sahəsində əlaqələrin daha da dərinləşdiriləcəyini də vurğulayıb. O bunun səbəbini belə əsaslandırıb: “Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”.

Fransalı nazir İrəvanın təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsini də dəstəkləyib: “O zaman Ermənistan Asiya və Avropanı birləşdirən layihədə çox mühüm rol oynaya bilər”,- Stefan Sejurne deyib.

Fransalı nazir Ermənistana səfərindən öncə keçirdiyi mətbuat konfransında ölkəsinin “Ermənistanın sülh arzuları”nı dəstəkləyəcəyini vurğulayıb.
O iki ölkə arasındakı hərbi əməkdaşlıqların davam edəcəyəni bildirib, Parisin Ermənistana dəstək verən tərəfləri də mühafizə edəcəyini deyib.

 

Teqlər