“Müharibəni dayandırmağa hazırıq” - Zelenski
Noy 30, 2024 14:33 Asia/Baku
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib.
Bu barədə “Sky News”a müsahibəsində deyib. Onun sözlərinə görə, ölkəsinin NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq.
Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə verə bilərik”, - deyə o qeyd edib.
Bundan sonra o, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir.