Yanacağın bahalaşması aviasiya sənayesinin yeni kabusudur
Okt 30, 2026 15:16 Asia/Baku
İrana qarşı müharibənin uzanması və reaktiv yanacağın bahalaşması aviaşirkətləri biletlərin qiymətini 20 faizədək artırmağa vadar edib.
İrana qarşı müharibəinin davam etməsi və reaktiv mühərrik yanacağının qiymətinin müharibədən əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə artması səbəbindən aviaşirkətlər gələcək yanacaq xərclərini təmin etməl üçün risklərdən qorunma mexanizmlərindən istifadəyə daha az meyl göstərirlər. Bu tendensiya təyyarə biletlərinin qiymətində əhəmiyyətli artım barədə xəbərdarlıqlara səbəb olub.