Nigeriyada məsciddə partlayış; 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i194358-nigeriyada_məsciddə_partlayış_26_nəfər_ölüb_azı_30_nəfər_yaralanıb
Nigeriyanın Borno ştatının inzibati mərkəzi Mayduquridə məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2015 05:26 Asia/Baku
  • Nigeriyada məsciddə partlayış; 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb
    Nigeriyada məsciddə partlayış; 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb

Nigeriyanın Borno ştatının inzibati mərkəzi Mayduquridə məsciddə törədilən partlayış nəticəsində 26 nəfər ölüb, azı 30 nəfər yaralanıb.

Səhər beynəlxalq telekanalının ITAR-TASS-a istinadla verdiyi xəbərə görə, “Boko Haram” terror qruplaşması ilə əlaqəli olduğu ehtimal edilən terrorçu-kamikadze məscidə daxil olaraq üzərində olan partlayıcı qurğunu işə salıb.
Qeyd edək ki, terror aktı Nigeriyanın yeni prezidenti Məhəmməd Buxarinin inauqurasiyasından bir gün sonra törədilib. Məhəmməd Buxari “Boko Haram” terror qruplaşması ilə mübarizə aparacağını vəd edib.