May 31, 2015 10:17 Asia/Baku
  • Rusiyanın avropalı siyasətçilərə sanksiya tətbiq etməsi Brüsselin reaksiyasına səbəb olub
    Rusiyanın avropalı siyasətçilərə sanksiya tətbiq etməsi Brüsselin reaksiyasına səbəb olub

Avropa Birliyi Rusiyanın avropalı siyasətçilərə sanksiya tətbiq etməsini qınadı.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Avropa Birliyi bir bəyanat yayaraq bildirib ki, 89 avropalı siyasətçinin Rusiya tərəfindən sanksiyalara məruz edilməsi və onların bu ölkəyə səfərlərinin qadağan edilməsi ədalətsizlikdir.
Avropa Birliyi əlavə edib: Rusiya avropalı siyasətçilərə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı hansısa səbəb göstərməyib. Elə buna görə də bu addımın heç bir qanuni əsası yoxdur.
Avropa Birliyi həmçinin bildirib ki, Rusiyanın avropalı siyasətçilərə təzyiq göstərməsi, Brüsselin öz prinsiplərindən vaz keçməsinə səbəb olmayacaq.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer də Rusiya tərəfindən avropalı siyasətçilərin sanksiya edilməsinə reaksiya olaraq deyib: Bu addım böhranın aradan qaldırılmasına heç bir müsbət təsir göstərə bilməz.
Rusiya AB-nin sanksiyalarına reaksiya olaraq, avropalı siyasətçilərdən 89-nun adını "qara siyahı"ya salaraq, onların Rusiyaya səfər etmələrini qadağan edib. Rusiya bundan öncə də bir qrup Avropa siyasətçisinin bu ölkəyə girişini qadağan etmiş, amma sanksiyalara məruz qalan şəxslərin adlarını açıqlamaqdan çəkinmişdi. Bu dəfə isə Moskva sanksiyalara məruz qalan 89 avropalı siyasətçinin siyahısını açıqlayıb.

Teqlər