İyun 02, 2015 10:35 Asia/Baku
  • Ərəbistan Kralı Kəbədə ayaqqabı ilə namaz qıldı
    Ərəbistan Kralı Kəbədə ayaqqabı ilə namaz qıldı

Ərəbistan kralı Allahın evi Kəbə daxilində hörmətsiz bir hərəkətdə ayaqqabı ilə namaz qılıb.

Səhər Beynəlxalq Televiziyasının Şəfəqna xəbər portalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizin Kəbə daxilində ayaqqabı ilə namaz qılması ilə bağlı kadrların yayılması dünya müsəlmanları arasında geniş tənqidlərə səbəb olmuşdur.
Səudiyyə Ərəbistanı kralı ötən şənbə vəliəhd və onu müşayiət edən heyətlə birlikdə Kəbəni yumaq üçün Allahın evinə daxil olub və ayaqqabı ilə 2 rükət namaz qılıb. Allahın evi dünya müsəlmanlarının ən müqəddəs məkanı hesab olunur.
Əl-Ərəbiyyə və əl-Əxbariyyə kimi Səudiyyə Ərəbistanı mediaları koordinasiya olunmuş hərəkətdə dərhal kralın bu müqəddəs məkanda ayaqqabı ilə namaz qılmasının kadrını senzura ediblər. Belə ki, kadrlarda yalnız kral Salman dizinə qədər müşahidə olunur.

Teqlər