İyun 10, 2015 17:54 Asia/Baku
  • Missuridə bir amerikalı edam olunub
    Missuridə bir amerikalı edam olunub

Bir Amerika vətəndaşı dünən Missuri ştatında qətl ittihamı ilə edam olunub.

IRIB-nin Frans-Press-ə istinadlı məlumatına görə, Missuri zindanlarının sözçüsü deyib ki, 48 yaşlı Riçard Stranq zəhər aşılanması yolu ilə edam edilib.
Strang 2000-ci ilin oktyabrında Sent-Lui şəhəri ətrafındakı mənzilində həyat yoldaşı və iki yaşlı qızını bıçaq zərbələri ilə öldürmüşdü.
Vəkillərin və Stranqın yeganə qızının edam hökmünün ləğvi üzrə səyləri nəticəsiz qalıb və o, çərşənbə axşamı günü edam edilib.
2015-ci ilin əvvəlindən bəri bu, Missuri ştatında dördüncü, Amerikada isə on altıncı edam halıdır.

Teqlər