Amerika MKİ həbsxanaları barədə araşdırmaya mane olur
https://azeri.sahartv.ir/news/dünya-i194824-amerika_mkİ_həbsxanaları_barədə_araşdırmaya_mane_olur
Polşa Baş Prokurorluğu bildirib ki, Amerika zəruri sənədlərin əldə olunması ilə bağlı müraciətləri rədd edərək, MKİ-nin gizli həbsxanası barəsində araşdırmanın aparılmasına mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 08:55 Asia/Baku
  • Amerika MKİ həbsxanaları barədə araşdırmaya mane olur
    Amerika MKİ həbsxanaları barədə araşdırmaya mane olur

Polşa Baş Prokurorluğu bildirib ki, Amerika zəruri sənədlərin əldə olunması ilə bağlı müraciətləri rədd edərək, MKİ-nin gizli həbsxanası barəsində araşdırmanın aparılmasına mane olur.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Polşa Baş Prokurorluğunun sözçüsü Pyort Kasmati Associated Press-ə deyib: Bu sənədlərdən Amerika Senatı-nın hesabatını göstərmək olar. Belə ki, həmin hesabatda bu ölkənin casusluq qurumunun fəaliyyətləri qeyd olunub. Ötən dekabrda hazırlanan bu hesabat MKİ-nin 2003-2013-cü illərdə Polşadakı gizli həbsxanalarının olduğunu təsdiqləyir.
Kasmati əlavə edib: Polşa Amerikadan bu sənədin tam nüsxəsini dərhal Varşavaya verməsini istəyib. Lakin amerikalılar bu müracaiətə indiyə qədər cavab verməyiblər.