İyun 16, 2015 13:57 Asia/Baku
  • Livan Hizbullahı terrorçuların mövqelərinə hücum edib
    Livan Hizbullahı terrorçuların mövqelərinə hücum edib

Livan Hizbullahı qüvvələri bu ölkənin şimal-şərqində terrorçuların mövqelərini hədəfə alıblar.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Nərə xəbər portalına istinadla verdiyi məlumata görə, Hizbullahı qüvvələrinin şimal-şərqdə Ərsal yüksəkliklərinin Vadi əl-Xeyl və Vadi əl-Həriq bölgələrində terrorçuların mövqelərini top atəşinə tutublar. Nəticədə bir qrup terrorçu öldürülüb və yaralanıb.
Həmçinin Livan ordusunun təhlükəsizlik xidməti ölkənin şərqində 4 nəfərdən ibarət bir terror qrupunu həbs edib.
Həmçinin Beyrutun Cənubi Zahiyə məntəqəsində əl-Qaim came məscidi yaxınlığında özünə saxta partlayıcı kəməri bağlayan bir nəfər həbs olunub. Həbs olunan şəxsdən müəyyən miqdarda narkotik aşkarlanıb və götürülüb.

Teqlər