ABŞ Avropada qoşunların yerləşdirilməsinin silahlanmaya səbəb olmayacağına ümid edir
https://azeri.sahartv.ir/news/dünya-i194976-abŞ_avropada_qoşunların_yerləşdirilməsinin_silahlanmaya_səbəb_olmayacağına_ümid_edir
ABŞ ümid edir ki, Ukraynadakə vəziyyətlə əlaqədar Şərqi Avropada əlavə qoşunların yerləşdirilməsi silahlanmaya səbəb olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2015 05:26 Asia/Baku
  • ABŞ Avropada qoşunların yerləşdirilməsinin silahlanmaya səbəb olmayacağına ümid edir
    ABŞ Avropada qoşunların yerləşdirilməsinin silahlanmaya səbəb olmayacağına ümid edir

ABŞ ümid edir ki, Ukraynadakə vəziyyətlə əlaqədar Şərqi Avropada əlavə qoşunların yerləşdirilməsi silahlanmaya səbəb olmayacaq.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms bildirib.

“Ümid edirəm ki, belə olmayacaq. Lakin, bunu zaman göstərəcək. Mən NATO çərçivəsində əldə olunan yanaşmanı qeyd etdim və ABŞ əlavə yerləşdirilmə, əlavə təlimlər, qoşunlar arasında təmasların inkişafı və sair bu tip məsələləri dəstəkləyir”, deyə nazir Ukraynadakı vəziyyətin gələcəkdə silahlanmaya səbəb ola biləcəyi ilə bağlı suala cavabında bildirib.

Bundan əvvəl ABŞ-ın Avropada “F-22 Raptor” tipli beşinci nəsil qırıcı təyyarələrinin yerləşdirmək niyyətində olduğu bildirilib.

Bundan başqa, bir neçə gün əvvəl “The New York Times” nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, “Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçinin təmin edilməsinə kifayət edə biləcək sayda tanklar, PDM və sair ağır texnika yerləşdirə bilər”.

Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.


Estoniya, Litva və Polşa hakimiyyət qurumları artıq bu planları dəstəkləyib. ABŞ isə məsələ ilə bağlı yekun qərarın verilmədiyini bildirir.