İyun 18, 2015 10:12 Asia/Baku
  • Aleksis Siprasın Rusiyaya səfəri Amerika və Avropa Birliyini qəzəbləndirdi
    Aleksis Siprasın Rusiyaya səfəri Amerika və Avropa Birliyini qəzəbləndirdi

Yunanınstanın baş naziri Aleksis Siprasın Rusiyaya səfəri Amerika və Avropa Birliyinin qəzəbinə tuş gəlib.

Səhər kanalının Frans-Press-ə istinadlı məlumatına görə, beynəlxalq iqtisadiyyat forumunda iştirak etmək üçün bu gün Sankt-Peterburda səfər edən Yunanınstanın baş naziri Rusiya prezidenti ilə də görüşəcəkdir.
Yunanınstanın baş naziri sabah Vladimir Putinlə görüşdən öncə beynəlxalq iqtisadiyyat forumunda çıxış etməlidir.
Sipras elə bir halda Rusiyaya səfər edir ki, Yunanıstan ilə bu ölkənin Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankından ibarət tələbkarları arasındakı müzakirələr son günlər məğlubiyyətə düçar olub.
Bu səfərin əsas hədəflərindən biri, Yunanıstanın ehtimal üzrə Rusiyanın Qazprom şirkətinə aid olan "Turkiş Stream" boru kəmərinin inşası layihəsində iştirakıdır.
ABŞ bundan qabaq həmin layihə ilə bağlı Afinanın Moskvaya yaxınlaşması barədə açıq şəkildə öz müxalifətini elan edibdir.

Teqlər