İyun 19, 2015 09:43 Asia/Baku
  • Yunanıstanda hökumət əleyhinə nümayiş keçirilib
    Yunanıstanda hökumət əleyhinə nümayiş keçirilib

Yunanıstanın Avropa İttifaqında və avrozonada qalmasının tərəfdarları paytaxt Afinada nümayiş keçirib.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi məlumata görə, “Sintagma” meydanına toplaşan minlərlə insan hökumətin siyasətinə qarşı etirazlarını bildirib.

Nümayişçilər "Yunanıstan Avropaya aiddir" və "Biz Avropalıyıq" şüarları səsləndirib və Yunanıstan parlamentinin qarşısında Avropa İttifaqının bayrağını qaldırıblar.

Nümayişçilər Yunanıstan və Avropa İttifaqı arasında aparılan danışıqların aqibətindən narahat olduqlarını bildiriblər. Etiraz aksiyasında müxalif Yeni Demokratiya Partiyasının üzvləri də iştirak edib.
Yunanıstan 2010-cu ildən bəri üzləşdiyi maliyə böhranını aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin Mərkəzi Bankından onların Yunanıstanda müəyyən islahatların aparılması ilə bağlı tələblərini yerinə yetirməsi şərti ilə, 340 milyard avro borc alıb. Avro məntəqəsinə daxil olan ölkələrin maliyyə nazirlərinin cümə axşamı Yunanıstanın borcları ilə bağlı Lüksemburqda keçirdikləri iclas nəticəsiz başa çatıb.

Teqlər