İyun 30, 2015 14:18 Asia/Baku
  • Yunanıstanda banklar məhdud şəkildə fəaliyyətə başlayıb
    Yunanıstanda banklar məhdud şəkildə fəaliyyətə başlayıb

Yunanıstanın maliyyə naziri çərşənbə axşamı günü peynsiyaların ödənilməsi üçün sabahdan etibarən 3 gün müddətinə 1000 bank şöbəsinin fəaliyyət göstərməsinə göstəriş verib.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadlı məlumatına görə, Yunanıstanın digər bankları iyulun 6-a qədər pul vəsaitinin götürülməsinə nəzarət və bankçılıq sisteminin tam şəkildə qarşısını almaq üçün baş nazirin göstərişinə əsasən fəaliyyət göstərməyəcəklər. Ötən gün bankomatların açılmasına baxmayaraq, bir çoxları öz maaşlarını ala bilməyib.
Pensiyaçıların hər biri bu həftə 120 avro öz hesablarından pul götürə bilərlər.
Yunanıstanın borclarının ödənməsi şəraitinin dəyişilməsi üzrə bu ölkə baş naziri Aleksis Çipras hökumətinin beynəlxalq tərəflərlə müzakirələrinin məğlubiyyətə uğraması ardınca, Avropa Mərkəzi Bankı bu ölkə banklarının dəstəklənməsi üzrə Yunanıstana əlavə valyuta ayırmadı.
Afina bankların iflasa uğramasının qarşısını almaq üçün bildirib ki, banklar, birja və qiymətli kağızlar bazarı bu həftə fəaliyyətini dayandıracaq və bankomatlardan gündəlik 60 avro götürmək mümkün olacaqdır.
Bu məhdudiyyətin bir neçə ay davam edəcəyi gözlənilir.

Teqlər