Amerikada daha bir kilsə yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i195386-amerikada_daha_bir_kilsə_yandırılıb
Amerikada bir xəbər kanalı bu ölkədə daha bir kilsənin yandırılmasından söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2015 10:42 Asia/Baku
  • Amerikada daha bir kilsə yandırılıb
    Amerikada daha bir kilsə yandırılıb

Amerikada bir xəbər kanalı bu ölkədə daha bir kilsənin yandırılmasından söz açıb.

CNN telekanalının məlumatına görə, dünən gecə naməlum şəxslər Cənubi Karolina ştatında bir kilsəni yandırıblar.
Bu, Cənubi Karolina ştatında qaradərililərin kilsəsindəki atəşaçmadan sonra Amerikanın cənub məntəqələrində yandırılan yeddinci kilsədir.
Hələ bu yanğının amili bəlli deyil. Cənubi Karolina başçılarının dediklərinə görə, bu barədə təhqiqat davam edir.