İyul 08, 2015 13:06 Asia/Baku
  • Ukrayna təmas qrupunun yeni tur müzakirələri nəticəsiz sona çatdı
    Ukrayna təmas qrupunun yeni tur müzakirələri nəticəsiz sona çatdı

Ukraynanın şərqindəki qarşıdurmaların həlli məqsədilə görüşən müzakirəçilər qrupu bu müzakirələrin son turunu nəticəsiz başa vurublar.

Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadla verdiyi məlumata görə, ATƏ-in nümayəndəsi Martin Sacdik ümidvarlıq edib ki, növbəti turu iyulun 21-dən Minsk şəhərində keçiriləcək müzakirələrdə hiss ediləcək nəticələr əldə olunacaq.
Bu müzakirələri təşkil edən Ukrayna Təmas Qrupu ATƏT, Ukrayna və Rusiyaya şamil olur. Ukraynanın şərq bölgələrindəki müxaliflərin nümayəndələri də bu müzakirələrdə iştirak edirlər. Bu müzakirələrdə məqsəd fevral ayında əldə olunan atəşkəs anlaşmasının icrasıdır. Çünki indiyə qədər dəfələrlə bu atəşkəs pozulmuşdur.
Bu anlaşma həmçinin ağır silahların təmas xətlərindən geri çəkilməsini də tələb edir.
BMT-nin hesablamasına görə, Ukraynadakı 2014-cü ilin aprel ayından başlanan vətəndaş müharibəsi nəticəsində indiyə qədər təxminən 6500 nəfər həlak olub.

Teqlər