İyul 12, 2015 14:53 Asia/Baku
  • Avropa İttifaqı Yunanıstan qərarını verir
    Avropa İttifaqı Yunanıstan qərarını verir

Yunanıstana dair yekun qərar Aİ-nin bu gün keçiriləcək sammitində veriləcək.

Avroqrup Yunanıstan üzrə 9 saat davam edən və nəticəsiz yekunlaşan iclasından sonra planlaşdırılan mətbuat konfransını ləğv edib.
"Avroqrupun toplantısı sona çatıb, Yunanıstana dair yekun qərar Aİ-nin iyulun 12-də keçiriləcək sammitində veriləcək".
Səhər Beynəlxalq Televiziyasının TASS-a istinadlı məlumatına görə,bu barədə Maltanın maliyyə naziri Edvard Şikluna bildirib.
”Dolğun diskussiya aparıldı, Yunanıstana dair yekun qərarı artıq bu gün dövlət başçıları verəcək”, deyən nazirin sözlərinə görə, diskussiya bazar günü nazirlər və dövlət başçıları səviyyəsində davam etdiriləcək.
Qeyd edək ki, bu məlumatı həmçinin Avroqrupun sədri Yerun Deyselblum təsdiqləyib.
“Biz görüşümüzü yekunlaşdıraraq sabah 11.00-da davam etdirmək qərarına gəldik. Çox dolğun diskussiya aparıldı, diskussiya çox mürəkkəb keçir. Maliyyə dəstəyi və Yunanıstan tərəfinə etimad məsələləri hələ də açıq qalmaqdadır”, deyə Avroqrup rəhbəri bildirib.
Qeyd edək ki, Avroqrup bu gün saat 15.00-da Yunanıstana dair qərarını Avropa İttifaqı sammitinə təqdim etməlidir. Qurum çox çətin seçim qarşısındadır: ya Yunanıstana üçüncü yardım proqramının tətbiq edilməsini tövsiyə etməli, ya da ölkənin avrozonadan müvəqqəti, yaxud birdəfəlik kənarlaşdırılmasını nəzərdə tutan Yunanıstanın idarəolunan defolt proseduruna başlamalıdır.

Teqlər