Avropa Komissiyası Yunanıstana 7 milyard avroluq kreditin verilməsini təklif edib
https://azeri.sahartv.ir/news/dünya-i195916-avropa_komissiyası_yunanıstana_7_milyard_avroluq_kreditin_verilməsini_təklif_edib
Avropa Komissiyası Yunanıstana qısa müddətli 7 milyard avroluq kreditin verilməsini təklif edib. Belə ki, bu ölkə Avropa Stabilləşdirmə Mexanizmi tərəfindən veriləcək bu kreditdən istifadə ilə öz ehtiyaclarını aradan qaldıra bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2015 05:48 Asia/Baku
  • Avropa Komissiyası Yunanıstana 7 milyard avroluq kreditin verilməsini təklif edib
    Avropa Komissiyası Yunanıstana 7 milyard avroluq kreditin verilməsini təklif edib

Avropa Komissiyası Yunanıstana qısa müddətli 7 milyard avroluq kreditin verilməsini təklif edib. Belə ki, bu ölkə Avropa Stabilləşdirmə Mexanizmi tərəfindən veriləcək bu kreditdən istifadə ilə öz ehtiyaclarını aradan qaldıra bilər.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Avropa Şurasının bir sənədinə əsasən bu qısa müddətli kredit maksimum 3 aylıq olacaq və Yunanıstanın Avropa Stabilləşdirmə Mexanizmindən (ESM) aldığı puldan ödəniləcək.
Bu məlumata görə, Avropa Stabilləşdirmə Mexanizmi kredit fondu 86 milyard avroluq krediti almaq üzrə müzakirələr nəticəyə çatdığı halda 3 ilik kredit verəcək.
Avropa Komissiyasının təklifinə əsasən Yunanıstan qısa müddətli 7 milyard avroluq krediti bir dəfəyə alacaq. Beləliklə Avropa Mərkəzi Bankında saxlanılan öz qiymətli kağızlarını azad edəcək və Beynəlxalq Valyuta Fonduna qalan öhdəliklərini də ödəyəcək.
Qeyd edək ki, Avropa Stabilləşdirmə Mexanizmi kredit fondu Avro zonaya aiddir.