Mogerini İran rəsmiləri ilə danışıqlardan razılıq edib
İyul 29, 2015 19:51 Asia/Baku
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi İranın yüksək səviyyəli rəsmiləri ilə müsbət danışlıqlar apardığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Tehranda görüşlərini sona çatdırdıqdan sonra bir müraciət yayımlayaraq bildirib: Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə müsbət müzakirələr aparıldı.Federika Mogerini bunu Twitterdəki statusunda yazıb.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə kooridinatoru ötən gün Tehrana səfər edərək İran İslam Respublikasının prezidenti, xarici işlər naziri və İslam Şurası Məclisinin sədri ilə görüşərək danışıqlar aparıb.