Avq 06, 2015 11:23 Asia/Baku
  • Xerosimaya atom bombasının atılması faciəsinin ildönümü günü qeyd olunub
    Xerosimaya atom bombasının atılması faciəsinin ildönümü günü qeyd olunub

Yaponiyada minlərlə nəfər Xirosima şəhərinə ABŞ tərəfindən atom bombasının atılmasının ildönümü mərasimində iştirak edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Yaponiyanın baş naziri Şinzo Abe cümə axşamı on minlərlə insanla birlikdə Xirosimanın ABŞ tərəfindən nüvə bombardmanına məruz edilməsinin 70 illiyi mərasimində iştirak edib. Mərasim Xirosima şəhərində, Sülh parkında keçirilib. Mərasimdə Xirosima faciəsinin 140 mindən çox qurbanı sükut və hüzünlə yad edilib.
Xirosimanın meri Kazumi Matsui bu faciənin 70-ci ildönümü mərasimində çıxış edərək, atom bombasını şeytana bənzədib və dünya ictimaiyyətindən bu növ silahların məhv edilməsini istəyib.
ABŞ-ın B-29 tipli bir bombardmançı təyyarəsi 6 Avqust 1945-ci il tarixində Yaponiyanın Xirosima şəhərinə atom bombası ataraq, 140 mindən çox insanın ölümünə yol açmışdı. Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombası isə 70 min nəfərin həyatına son qoymuşdu.

Teqlər