ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
https://azeri.sahartv.ir/news/dünya-i196658-atƏt_müşahidəçiləri_donbasda_atəşə_tutulub_
ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2015 04:15 Asia/Baku
  • ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
    ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub

ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub.

APA-nın verdiyi xəbərə görə, bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.
ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb.



Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan Rusiya hakimiyyətini tədbir görməyə çağırıb.



Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb.