Sen 06, 2015 19:06 Asia/Baku
  • Macarıstanda mühacirlərin aksiyası
    Macarıstanda mühacirlərin aksiyası

Macarıstanda həftələrlə çəkişmə və didərginlikdən sonra mühacirlərin ilk qrupu şənbə günü qatar və Avstriya vasitəsilə Almaniyaya daxil olub.

Macarıstanın cənubundakı düşərgənin sakini olan bir qrup mühacir etiraz aksiyası keçirərək, Almaniyaya səfər imkanının yaradılmasını istəyib.



Sputnik xəbər agentliyinin məlumatına görə, təqribən əlli mühacir bazar günü Macarıstanın cənubundakı düşərgənin önündə piket keçirərək, bu ölkə dövlətindən istəyibdir ki, onlara Almaniyaya səfər icazəsi versin.



Əksəriyyəti suriyalı olan bu mühacirlər həftələrlə Macarıstanda və yollarındakı digər məntəqələrində polis məmurlarının hücumları və kəskin təzyiqlərinə məruz qalıblar.



Onlar Almaniyanın Münhen şəhərinə daxil olduqdan sonra şəhərdən kənar mühacirlər mərkəzinə köçürülüblər.



Hələ minlərlə mühacir piyada surətdə Macarıstan-Almaniya yolunu getməkdədir və proqnoz edilir ki, Almaniyadakı mühacirlərin sayı artacaqdır.



Macarıstan dövləti mühacirlərin bəzi düşərgələrində və paytaxt Budapeştdəki əsas dəmiryolu stansiyasında bir həftə çəkişmədən sonra nəhayət cümə günü onların bir qrupuna Almaniya və Avstriyaya getmək icazəsi verib.



Bununla belə, Macarıstandakı mühacirlər düşərgələrinin bəzi sakinləri düşərgədən çıxmaq icazəsinə malik deyillər.



Deyilənlərə görə, cari ilin əvvəlindən bəri 156 mindən çox mühacir Macarıstana daxil olub.



Macarıstan və Avropa Birliyinə üzv digər ölkələr mühacirlərin hücumları ilə üzləşiblər ki, ikinci dünya müharibəsindən sonra misisliz adlandırılır.



Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini mühacirlərin durumunu acınacaqlı adlandıraraq, bildirib ki, bu problemin həlli vaxt tələb edir və sürətlə əməl etmək gərəkdir.



Alzas-Suriya Birliyinin sözçüsü də bildirib ki, indi Fransa və fransızların öz siyasətlərini dəyişərək, daha çox suriyalını qəbul etmələrinin vaxtıdır.

Teqlər