Avstriya miqrantların daxil olması üçün fövqəladə şərait qaydalarını dayandırır
Sen 07, 2015 11:20 Asia/Baku
Avstriya minlərlə miqranta Macarıstandan Qərbi Avropaya azad şəkildə səfər etmək imkanı verən xüsusi qaydaları tədricən sona çatdırmaq niyyətindədir.
Səhər Beynəlxalq Televiziyasının BBC-yə istinadla verdiyi məlumata görə, Avstriya kansleri Verner Fiman deyib: Avstriya miqrantlar üçün nəzərdə tutulan fövqəladə qaydaları tədricən dayandıracaq.Avstriya kansleri əlavə edib: Avstriya böhranlı şəraitdə olan 12 mindən çox şəxsə kömək edib və hazırda fövqəladə qaydalardan addım-addım uzaqlaşmaq və adi vəziyyətə doğru getmək lazımdır.
Bu arada çoxlu sayda miqrantların gəlişinə şahid olan Almaniya xəbərdarlıq edib ki, kömək üçün həddindən artıq təzyiq altında olmamalıdır.
Almaniyanın Daxili İşlər Nazirliyi bildirib: Ötən günlərdən miqrantların bu ölkəyə daxil olmasına icazə ilə bağlı qərar istisna idi.
Fransız ailələr də miqrant ailələrin öz evlərində yerləşdirilməsi üçün hazırlıqlarını bildiriblər.
Fransa İnformasiya Agentliyinin verdiyi məlumata görə, miqrantlara köməklərin edilməsi üzrə statistikanın məsuliyyətini üzərinə götürən bir internet portalı bildirib: Fransızlar tərəfindən miqrantların yerləşdirilməsinə dair layihənin elan olunmasından sonra təkcə 48 saat ərzində 1500 nəfər miqrantların yerləşdirilməsi üçün öz hazırlığını elan edib.
Müşahidəçilərin fikrincə dünya, xüsusilə də Avropa insanlarının suriyalı miqrant körpə Aylan Kürdinin cəsədinin müşahidə etməsi Avropada miqrantların vəziyyətində yeni açılıma səbəb olub. Bu suriyalı körpənin cəsədi miqrantların qayığının batmasından bir neçə gün sonra Türkiyə sahillərində tapılıb.