Sen 12, 2015 14:31 Asia/Baku
  • ABŞ Konqresinin
    ABŞ Konqresinin "Hərtərəfli Müştərək Addım Proqramı"na qarşı səylərinin uğursuz qalmasından razıyıq

Ağ evin sözçüsü gündəlik mətbuat konfransında bu ölkə Konqresinin beynəlxalq bir anlaşmaya zərbə vurmaq üzrə səylərinin uğursuz alınmasından razılıq edib.

Caş Ernest ABŞ prezidenti əleyhinə şikayət edəcəyi ilə bağlı Con Boynerin son açıqlaması haqda deyib: bu sözləri ciddi hesab etmək lazım deyil. Bu sözlər daha çox Tortillo restoranında yemək yedikdən sonra, gündəlik işlərə nəzər salarkən söylənən sözlərə oxşayır. Bunlar, gerçəklikdən uzaq olan sözlərdir.


C.Ernest daha sonra deyib: Yəqin ki, bu restoran 2 il öncə respublikaçıların dövləti iflasa uğratmaq üçün qərar çıxartdıqları restorandır. Əlbəttə, yəqin ki, qarşıdan gələn bir neçə həftə ərzində bu Tortillo restoranında bir də görüşməyəcəklər.


Ağ evin sözçüsü əlavə edib: Şübhəsiz biz Konqresin İrana nüvə silahı əldə etmək imkanı verməyən beynəlxalq bir anlaşmanı pozmaqda uğursuzluğa uğramasından çox razıyıq.

Teqlər