Bu gün İmam Məhəmməd Təqinin(ə) şəhadətinin ildönümü günüdür
Sen 14, 2015 10:18 Asia/Baku
Bu gün 14 sentyabr, zilqədə ayının 30-u, şiələrin 9-cu imamı həzrət İmam Məhəmməd Təqinin(ə) şəhadətinin ildönümü günüdür.
Həzrət Məhəmməd Təqi(ə) 195-ci hicri qəməri ili, ramazan ayında dünyaya göz açıb və atası İmam Rza(ə)-ın şəhid olmasından sonra imamlıq dərəcəsinə yüksəlib.İmam Cavad(ə)-ın həyatı və imamlıq dövrü İslam sivilizasiyasının çiçəkləndiyi, fəlsəfi və əqidəti düşüncələrin geniş yayılmağa başladığı bir dövrə təsadüf edir.
Müxtəlif məzhəblərdən olan alimlər ilə elmi bəhslərin təşkil edilməsi, ümumi kütlə üçün maarifləndirici toplantıların keçirilməsi, hakim dairənin insanlığa zidd rəftarlarının ifşa edilməsi İmam Məhəmməd Təqinin(ə) elmi, mədəni və siyasi fəaliyyətini təşkil edirdi.
İmam Məhəmməd Təqinin(ə) şəhadətinin ildönümü gecəsində İranda mömin insanlar məscidlərə, dini məkanlara, İmam Rza(ə) və xanım Məsumənin(s.ə) məqbərələrinə üz tutaraq, matəm saxlayıblar.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Məhəmməd Təqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı verir.