AEBA-nın 59-cu beynəlxalq konfransı
Sen 14, 2015 14:48 Asia/Baku
-
AEBA-nın 59-cu beynəlxalq konfransı
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu beynəlxalq iclası 164 üzv ölkənin iştirakı ilə bu gün Vyanada, agentliyin mərkəzi qərargahında işə başlayıb.
İRNA-nın məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin fəaliyyətinin möhkəmləndirilməsi üzrə olan bu beynəlxalq konfransda nüvə elmi və texnologiyası üzrə əməkdaşlıqlar, agentliyin direktorlar şurası üzvlərinin seçilməsi, 2015-ci il üçün nüvə təhlükəsizliyi hesabatı, 2014-cü il üçün nüvə əməkdaşlıqları hesabatı və digər mövzular da diqqət mərkəzində saxlanılacaq.