Sen 20, 2015 19:25 Asia/Baku
  • Sabah şiələrin 5-ci imamının şəhid olduğu gündür
    Sabah şiələrin 5-ci imamının şəhid olduğu gündür

İslami İran dünya şiələrinin 5-ci imamı İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü gecəsində matəmə qərq olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sabah 7 zilhəccə 1436-cı hicri qəməri ili, 21 sentyabr 2015-ci il dünya şiələrinin 5-ci rəhbəri Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü günüdür.
Şiələrin 5-ci imamının ləqəbi Baqir və yaxud Baqirəl-ülumdur.
Həzrət Məhəmməd Baqir (ə) əziz atası Həzrət İmam Zeynülabidinin (ə) şəhadətindən sonra 19 il 10 ay yaşadı və bu müddətdə çox önəmli imamlıq vəzifəsini yerinə yetirdi.
İmam Məhəmməd Baqir (ə) imamlığı dövründə islam mədəniyyətinin təbliği, şagirdlərin yetişdirilməsi, səhabələr və insanlara rəhbərliyi, insanlar arasında əziz babasının sünnətlərinin icra olunması və qəsbkar hakimiyyətin diqqətinə doğru rəhbərliyi çatdırmaqdan bir an belə dayanmadı.
Dünya şiələrinin 5-ci imamı nəhayət 114-cü hicri qəməri ili zilhəccə ayının 7-dən 57 yaşında Əməvi xəlifələrindən Hişam Bin Əbdülməlik tərəfindən Mədinədə zəhərlənərək şəhid edildi.
İslami İran xalqı Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü gecəsi və günündə məscidlər, təkyələr, Məşhəd şəhərində şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı və Qum şəhərində Həzrət Məsumənin (s.ə) pak ziyarətgahında olaraq əzadarlıq edir.
İran İslam Respublikası Teleradio Təşkilatı dünya şiələrinin 5-ci imamı Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü ilə bağlı müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Teqlər