Fransa mühacirlərin qəbul edilməsi ilə müxalif olan avropalı ölkələri hədələyib
Sen 23, 2015 10:57 Asia/Baku
-
Fransa mühacirlərin qəbul edilməsi ilə müxalif olan avropalı ölkələri hədələyib
Fransa prezidenti mühacirlərin qəbul edilməsi ilə müxalif olan avropalı ölkələri sanksiya ilə hədələyib.
Röyters-in məlumatına görə, Fransua Olland çərşənbə axşamı günü axşam deyib ki, mühacirlərin qəbul edilməsi ilə müxalif olan avropalı ölkələr, o sıradan Macarıstan və Slovakiya Avropa Birliyinin bölgü layihəsini icra etməzlərsə, sanksiyalar ilə üzləşə bilərlər.Avropa Birliyi ölkələrinin nazirləri çərşənbə axşamı günü əksəriyyət səslə 120 min mühacirin bu birlik daxilində bölüşdürülməsi proqramını qəbul ediblər.
Çexiya, Slovakiya, Macarıstan və Rumıniya bu layihənin əleyhinə səs veriblər.
Olland mühacirlər böhranı barədə Avropa Şurasının fövqəladə iclası ərəfəsində İngiltərəyə səfəri kənarında bu haqda xəbərdarlıq edib.
Fransa prezidenti vurğulayıb ki, Avropada qanunlar mövcuddur və əgər bir kəs rəqabət qanununa və sabitlik paketinə hörmət etmirsə, onun üçün sanksiyalar da mövcuddur.
Almaniyanın daxili işlər naziri Tomas Du Mizir də bir həftə bundan öncə mühacirlərin qəbulu ilə müxalif olan ölkələrə qarşı sanksiyaların tətbiqi ehtimalından xəbər vermişdi.