İndoneziya prezidenti: Həccin idarəçiliyi yaxşılaşdırılmalıdır
Sen 25, 2015 13:12 Asia/Baku
-
Həccin idarəçiliyi yaxşılaşdırılmalıdır
Qurban bayramı günü Mina səhrasında həlak olanlar arasında yalnız iki vətəndaşı olan İndoneziyanın prezidenti bir müraciətdə bildirib: Həcc mərasiminin idarəçiliyi yaxşılaşdırılmalıdır ki, oxşar hadisələr təkrarlanmasın.
Səhər Beynəlxalq Televiziyaısnın Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İndoneziya prezidenti Coko Vidodo bildirib ki, Mina hadisələri məni dərindən təəssüfləndirdi.Həmvətənlərinin necə həlak olmasından xəbərdar olan İndoneziya prezidenti Səudiyyə Ərəbistanı rəsmilərinin idarəçiliyini tənqid edib və deyib: Həccin idarəçiliyi yaxşılaşdırılmalıdır ki, oxşar hadisələr təkrarlanmasın.